Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Saparmurad Niyazovun siyasi kursunu uğurla davam etdirir. Yenə də əvvəlki kimi bütün imkanlar hakim ailənin əlində cəmləşib.
Bizimyol.info xəbər verir ki, Türkmənistan prezidentinin bacısı Gülnabat Dövlətova Özbəkistanla heç kimə məlum olmayan biznes əlaqələri qurub. Qonşu ölkəyə yük maşınları yollanır. Amma gömrükdə Dövlətovanın yükünü yoxlamağa heç kimin cürəti çatmır.
Gülnabat DövlətovaTürkmənistanda şayiə gəzir ki, prezidentin bacısı Özbəkistana narkotik və silah kimi qadağan olunmuş şeylər göndərir. Amma hakimiyyətə yaxın mənbələr bundan əvvəl qonşu ölkəyə tikinti materialları və sement göndərilməsindən söz açmışdı. Hərçənd, Türkmənistanda məhz sement çatışmır.
















