“Türkiyə Qarabağda Rusiyanı qurşaqdan aşağı vura bilər...”






 “Erməni cəmiyyətində belə bir mif yayılır ki,  guya Rusiya və dünya Ermənistana hücum edilməsinə imkan verməyəcək, guya Türkiyə və Azərbaycan Ermənistan üçün heç bir təhlükə yarada bilməz. Amma əslində bu, belə deyil...” 

Moderator.az  xəbər verir ki,  erməni mediasının yaydığı məlumata görə, bu sözləri  işğalçı ölkə politoloqu Yervand Bozoyan “Rusiya-Türkiyə münasibətlərinin hazırkı mərhələsi və onların Qarabağa mümkün təsiri: inkişaf ssenariləri” mövzusunda müzakirə zamanı söyləyib.  

Qarabağ məsələsində Türkiyənin təsirinə gəlincə, politoloq qeyd edib ki, bu, Türkiyənin Rusiyanı  qurşaqdan aşağı vura biləcəyi zəif həlqədir.

"Türkiyənin Azərbaycanın əli ilə müharibəyə başlayacağı  bir situasiya var"- deyə Bozoyan bildirib.

Sultan Laçın

Tarix: 12-03-2020, 20:02
Xəbəri paylaş





Xəbər lenti