Rusiyadan işğal olunmuş ərazilərlə bağlı YENİ SENSASİON TƏKLİF: 7 rayon və Qarabağın bir hissəsi...

 
Moskva Humanitar Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri, Rusiya 
Xarici İşlər Nazirliyinin Ermənistan şöbəsinin keçmiş rəhbəri Nikolay Platoşkin Dağlıq Qarabağ 
münaqişəsinin nizama salınması üçün yeni təkliflə çıxış edib.

Publika.az
 xəbər verir ki, N.Platoşkin münaqişənin həlli ilə bağlı hazırkı variantlardan fərqli olan yollar axtarmaq
lazımdır: “Ən real variantlardan biri işğal edilmiş 7 rayonun və Dağlıq Qarabağın bir hissəsinin Azərbaycana
qaytarılmasıdır. Qarabağın digər hissəsi, eləcə də kommunikasiya üçün Laçın dəhlizi Ermənistanda qalır.
Amerikalı analitik Pol Qobl 20 il əvvəl belə bir pan hazırlamışdı. Lakin Ermənistan İranla sərhəddən məhrum
edilməməli və Laçın dəhlizi əvəzinə Meqri Azərbaycana verilməlidir”.   
Rusiyalı diplomat hesab edir ki, bu seçim Ermənistanda ultra-millətçilər tərəfindən qəbul edilməsə də, bu ölkənin
rəhbərliyinə sərf edir.

“Lakin belə variantı həm rəsmi Bakı, həm də Azərbaycan cəmiyyəti anlayışla qarşılamayacaq”, - rusiyalı
diplomat bildirib.
Tarix: 4-03-2020, 17:35
Xəbəri paylaş





Xəbər lenti