MİRMAHMUD MİRƏLİOĞLU ƏRDOĞANA DƏSTƏK MƏKTUBU ÜNVANLADI
“Klassik Xalq Cəbhəsi Partiyası, Türkiyənin haqlı davasında hər zaman Türk millətinin, Türkiyə Cumhuriyyəti Dövlətinin yanında olduğunu bir daha bəyan edir.”!!!
TÜRKİYƏ CUMHURİYYƏTİNİN PREZİDENTİ
ƏRDOĞAN CƏNABLARINA
TÜRKİYƏ CUMHURİYYƏTİNİN
BAKI BÖYÜK ELÇİLİYİNƏ
Sayın Cümhur Başqanı
Sayın Böyük Elçi
Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin yığıncağında, regionda hərbi-siyasi vəziyyət müzakirə edilmişdir.
KXCP, Türkiyə Silahlı Qüvvələrinin son hərbi əməliyyatları zamanı, Şəhid olmuş əsgərlərə ALLAHdan rəhmət, qazilərə acil şəfalar, bütün Türk xalqına səbr diləyir.
Cumhuriyyətin təhlükəsizliyi üçün aparılan anti-terror əməliyyatlarını doğru sayan Klassik Xalq Cəbhəsi Partiyası, Türkiyənin haqlı davasında hər zaman Türk millətinin, Türkiyə Cumhuriyyəti Dövlətinin yanında olduğunu bir daha bəyan edir.