Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var

 

Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi barədə ciddi ehtimalı var. Bu səfirin əxlaqsız həyat tərzi sürməsi onu asanca xüsusi xidmət orqanlarının şantaj obyektinə cevirmişdir. Bu açıqlama ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov çıxış edib. 
 Daşqın gülməmmədov bildirib ki, Azər Xudiyev dərhal geri çağrılmalıdır və barəsində Azərbaycan Respublikası prokuroıuq və əks-kəşfiyyat orqanları tərəfindən dərin araşdırma aparılmalıdır. “Mən açıq qeyd edirəm “Səfir Azər Xudiyevin Rusiya xüsusi xidmət orqanlarına işləməsi ehtimalı çox böyükdür. O, Bakıya çağrılıb “yalan detektoru” vasitəsiylə dindirilməlidir. “Yalan dedektoru” ilə dindirilsə, həm Azər Xudiyev həm də onun Bakıdakı havadarlarının nə işlərlə məşğul olduqları aydın olacaq. İnsanları, müstəntiqləri aldatmaq və ya ələ almaq olar, ancaq “yalan detektorunu” aldatmaq olmur.   Səfiri Azər Xudyevin daşıdığı vəzifə səlahiyyətlərini, diplomatik toxunulmamazlığını şəxsi məqsədləri, həmçinin böyük ehtimalla üçüncü dövlətin xüsusi xidmət orqanlarının maraqlarının təmin olunması üçün  istifadə etməsi ilə bağlı informasiyalar çox ciddi məsələdir  Azər Xudiyev açıq aşakar, Ukraynadakı Azərbaycan diasporasının bəzi nümayəndələri ilə düşmənşilik aparmaqda, Azərbaycan diasporasının fəaliyyətinə zərbə vurmaqda, Azərbaycanın Respublikasının Səfiri adına ləkə gətirən mədəniyyətsiz və əxlaqsız davranış nümayiş etdirməkdədir.    Artıq gizli olmayan bir informasiyadır ki, Azər Xudiyev, Ukraynada yetərincə güclü olan və Azərbaycan Respublikasına qarşı informasiya və siyasi təxribat xarakterli fəaliyyət göstərən erməni diasporasının nümayəndələri ilə ortaqlı biznes əlaqələrinə malikdir. Hətta erməni diasporasının nümayəndələri ilə içki məclislərində iştirak etməkdən xüsusi zövq duyur.  Digər tərəfdən Azərbaycan Respublikasının Ukraynadakı Səfiri Azər Xudiyevin əxlaqsız həyat tərzi keçirməsi, mütləq şəkildə, onun daşıdığı, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə aid sirrlərin digər dövlətlərin xüsusi xidmət orqanlarının əlinə keçməsinə səbəb ola bilər. Belə ki, Səfir Azər Xudiyevin müxtəlif qadınlarla intim görüntüləri əks olunmuş gizili video kadrları Rumıniya, Moldova, Ukrayna və Avstrya xüsusi xidmət orqanlarında var. Gör bu nə gündədi ki, Moldova xüsusi xidmətində əxlaqsız səfir barəsində intim xarakterli kompromat var. Bu gün Azərbaycan dövlət rəhbrliyinə, həmçinin aydiyyatı dövlət qurumlarına rəsmi məktub göndərdim. Vəziyyət fəlakətli nöqtəyə gəlib. Ukrayna əks-kəşfiyyat qrumlarının da Azər Xudiyevə sualları ortaya çıxa bilər. Diplomatik skandal heç kimə lazım deyil, deyə Daşqın Gülməmmədov bilrimişdir.

PS:  Yazı müəllifin şəxsi araşdırmasıdır. Redaksiya heç bir məsuliyyət daşımır.
      Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
      Siam.az
Tarix: 25-02-2020, 15:01
Xəbəri paylaş





Xəbər lenti