“KXCP CİNAYƏTKAR ƏMƏL TÖRƏDƏNLƏRİN DƏRHAL CƏZALANDIRILMASINI TƏLƏB EDİR”!!!!!!
“KXCP, bir daha bütün müstəqil, bitərəf və siyasi partiyalardan olan namizədlərə müraciət edərək, seçki hüququnun və Seçki Məcəlləsinin pozulmasına qarşı birgə mübarizə aparmağı, namizədlərin və siyasi partiyaların vahid mövqedən birlikdə çıxış etməsini təklif edir.”!!!
KXCP HAKİMİYYƏTDƏN TƏLƏB EDİR,
BÜTÜN NAMİZƏDLƏRƏ VƏ SİYASİ PARTİYALARA KXCP-DƏN TƏKLİF
17 fevral 2020-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında, 09 fevral 2020-ci ildə keçirilən növbədənkənar Parlament seçkilərində iştirak etmiş namizədlərin seçki zamanı planlı şəkildə edilmiş qanun pozuntularına etiraz olaraq, MSK-nın qarşısında düzənləmək istədikləri mitinqə gələrkən, evlərinin qarşısından, yoldan, MSK qarşısından tutularaq aparılan namizədlərə və Media nümayəndələrinə qarşı qəddarlıqla törədilmiş zorakılığı qətiyyətlə pisləyən KXCP Azərbaycan hakimiyyətindən tələb edir:
– Seçki bitmədiyinə görə, toxunulmazlıq hüququ olan namizədlərə qarşı kobudluq, qəddarlıq, onların və Media nümayəndələrinin hüquqlarının pozulması, KİV Haqqında Qanunun polislər tərəfindən heçə sayılması, öz hüqquqlarını qorumaq uğrunda mübarizə aparan vətəndaşların 100 kilometrlərlə uzağa aparılması, kimsəsiz çöllərdə maşınlardan düşürülərək həyatlarına təhlükə yaradılması, polis azğınlığının və Azərbaycan siyasi hakimiyyətinin öz vətəndaşlarına qarşı feodal münasibətinin göstəricisidir.
KXCP, bu cinayətkar əməli törədənlərin dərhal cazalandırılnasını tələb edir.
KXCP, bir daha bütün müstəqil, bitərəf və siyasi partiyalardan olan namizədlərə müraciət edərək, seçki hüququnun və Seçki Məcəlləsinin pozulmasına qarşı birgə mübarizə aparmağı, namizədlərin və siyasi partiyaların vahid mövqedən birlikdə çıxış etməsini təklif edir.
KXCP İdarə Heyətinin yığıncağında, Xocalı Soyqırımının Anım günündə – 26 fevral 2020-ci ildə saat 14:00-da, “Ana Fəryadı” Abidəsini ziyarət etmək haqqında qərar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında, Münhen konfransında İlham Əliyevin Paşinyana verdiyi cavabların müsbət, lakin tam dolğun olmadığı müzakirə edilmişdir. Daha dolğun və tutarlı cavablar vermək olardı. Ayaz Mütəllibovun dediklərinin (və ya demədiklərinin) bumeranqa dönərək, Azərbaycan təmsilçisinin başına dəydiyi kimi, Ilham Əliyevin Soçidə, Aşqabadda, Bakıda və Sumqayıtda Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti haqqında tarixi həqiqətləri təhrif edərək, uzun-uzadı söylədiyi təhqiramiz çıxışlar da, bir gün Azərbaycanın əleyhinə istifadə ediləcəkdir.Bu Konfransın nəticəsi olaraq, Azərbaycan Dövlət Başçısının yardımçılarının daha çox, elmi, hüquqi yardımlara ehtiyacı olduğu göründü.