ZİYAD SƏMƏDZADƏ UDUZACAQ? - 4 məntəqədə səsvermə etibarsız sayıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Toğrul Vəliyev müraciətinə baxılıb.Mia.az xəbər verir ki, şikayətlə bağlı MSK üzvü Qabil Orucov bildirib ki, namizəd müraciətində səsvermə günü hüquqlarının pozulmasını qeyd edib:
“Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntu aşkarlanmayıb”.İclasda həmin dairənin 4 seçki
( 14, 17, 23 və 25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul olunub.
Qeyd edək ki, bu dairənin lider namizədi Ziyad Səmədzadədir.
Tarix: 20-02-2020, 22:46