Köçəryan: “Mən döyüşlərdə iştirak etmişəm və bu gün də əldə etdiyimiz nəticələrlə qürur duyuram...”
İşğalçı ölkənin Rd.am saytının “Feysbuk” səhifəsində Ermənistanın terrorçu və cinayətkar ikinci prezidenti Robert Köçəryanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini əks etdirən çıxışlarından bəzi sitatları əks etdirən video yayımlanıb.
Moderator.az xəbər verir ki, Rusiyada nəşr olunan erməni saytlarının yaydığı məlumatda belə deyilir.
"... Erməni xalqı Qarabağ məsələsini artıq həll edib. Və bu gün aparılan danışıqların bir məqsədi var: hazırda bu torpaqlarda əlimizdə olanları qanuniləşdirmək" –deyə hazırda həbsdə olan üzdəniraq eks-prezident çıxışlarının birində vurğulayıb.
"... Bəli, dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, biz də Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Lakin “Dağlıq Qarabağ Respublikası” Azərbaycanın ərazi bütövlüyü ilə əlaqəli deyil. Çünki siz Qarabağa heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində malik olmamısız və müstəqilliyi qarabağlılarla(ermənilər-S.L.) qazanmısız. Mən hərbi əməliyyatlarda iştirak etmişəm və bu gün də əldə etdiyimiz nəticələrlə qürur duyuram” – deyə R.Köçəryan işğalçı ölkənin prezidenti olduğu vaxt AŞ PA-dakı nümayəndə heyətinin sualına cavabında bildirib.
Sultan Laçın