Rauf Arifoğlunun mandat iddiasının qurbanları
5 saylı Xətai üçüncü seçki dairəsindəki olaylar tam dramatik həddə çatmaqdadır. Üzdə görünənlərlə yanaşı proseslərin arxa tərəfi də diqqət çəkir. İlk baxışda hər hansı namizədə bağlı olmayan bəzi hadisələr də var ki, bu hadisələrin təhlili sakit görünən gedişatın alt qaındakı qarmaqaışıqlığı ortaya çıxarır. Bu məqamla bağlı iki olayın üzərində dayanmaq xüsusilə vacibdir. Bunlardan biri Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyevin bir neçə gün öncə xəstəlik səbəbi ilə tutduğu vəzifədən istefa verməsidir. Seçki prosesi dövründə belə bir hal Azərbaycanda demək olar ki ilk dəfə idi. Bu məsələnin rəsmi səbəbi İ. Hüseynovun səhhətinə bağlansa da etibarlı mənbələr istefanın sırf seçki ilə bağlı olduğunu bildirir: “İmran müəllim dairədə hər hansı bir saxtakarlığın iştirakçısı olacağına etiraz edib və bu prosesdən kənarda olması üçün istefa verib”. Mənbənin məlumatında isə saxtakarlığın “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlunun xeyrinə ediləcəyi göstərilir. İkinci bir məlumat isə Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nəcəf Malikov öz istəyi ilə vəzifəsindən azad edilməsi ilə bağlıdır. Mənbənin sözlərinə görə bu məsələdə də 35 saylıXətai üçüncü seçki dairəsinin, daha doğrusu dairənin namizədlərindən birinin rolu böyükdür: “Bir neçə gün bundan əvvəl Rauf Arifoğlunun görüşünə “BakuBus”a məxsus avtobusla adam daşınması ciddi qalmaqal yaratdı. Bu avtobusun icarəyə götürülməsi və ya könüllü verilməsindən asıl olmayaraq dövlət nəzarətində olan bir qurumun namizədlərdən birinə bu şəkildə açıq dəstək verməsi etiraza səbəb olub və N.Məlikov bu siyasi səhfinin qurbanı oldu”. Göründüyü kimi qısa bir zaman kəsiyində iki post sahibi Rauf Arifoğlunun mandat iddiasının güdazına gedib. Bu hələ 9 fevraladək olanlardır, 9 fevral nəticələri isə qurbanların sayını artıra bilər. Batan gəmini vaxtında tərk etmək də qəhrəmanlıqdır, cənablar...
Şahin Əhmədov, Siam.az
Tarix: 4-02-2020, 10:33