Azərbaycanın ulduzları Neftçalada - Sənətçilərdən Sabir Rüstəmxanlıya böyük dəstək

 
61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlının Neftçala şəhərində seçicilərlə növbəti  görüşü keçiriləcək. 
Görüş tanınmış sənətçilərin – xalq artisti Ağadadaş Ağayev, əməkdar artist Zakir Əliyev, Elçin Cəfərov, Sevda Yahyayeva, və Ramal İsrafilovun konsert proqramı ilə yekunlaşacaq.
Qeyd edək ki, seçicilərlə görüş fevralın 4-ü,  saat 11:00-da  Neftçala şəhər X.Məmmədov adına Mədəniyyət Mərkəzində baş tutacaq.
Görüşə bütün neftçalalılar və 61 saylı seçki dairəsinin seçiciləri dəvətlidir. /www.yenicag.az/
Tarix: 3-02-2020, 22:51
Xəbəri paylaş





Xəbər lenti