9 fevral Parlament seçkilərinin özəlliyi yalnız onun növbədən kənar keçirilməsi ilə məhdudlaşmadı. Bu seçki prosesində həm də bir çox siyasi qüvvələrin və tanınmış ictimai xadimlərin gerçək potensialı üzə çıxdı. Məsələn, illərlə deputat olmuş şəxslərin öz seçki dairələrində vətəndaşlr tərəfindən açıq-aşkar etirazla qarşılanmaları, bəzi siyasi təşkilatların seçki kompaniyası aparmaq gücündə olmamaları ortaya çıxn gerçəkliklərdəndir. Gerçək nüfuzu və potensialı ortaya çıxan şəxslərdən biri də 35saylı Xətai 3-cü seçki dairəsindən namizədliyini irəli sürmüş “Yeni Musavat”media holdinq və meedia qrupunun rəhbəri Rauf Arifoğludur. Bu seçki marafonuna qədər media və sosial şəbəkə dünyasının kralı kimi tanınan Rauf Arifoğlunun bu gün öz sektorunda məğlub durumda olduğu ortaya çıxdı. Məlum oldu ki, seçki marafonunun ilk günündən sosial şəbəkədə keçirilən bütün sorğularda R .Arifoğlu rəqibi İqbal Ağazaəyə böyük hesabla uduzur. Bu bi yana , eyni zamanda media camiəsində də, R.Arifoğlunun əlyhinə təbliğat, onun keçmişi və bu günkü mövqeyini tənqid edən yazılar Ümid partiyası sədri ilə müqayisədə daha çoxluq təşkil etdi. Bunun üzərinə sosial şəbəkə istifadəçilərinin R.Arifoğlu haqqında xoş olmayan fikirlərini də əlavə etsək , real mənzərə aydın olar. Bütün bunlar isə heç şübhəsiz illərin media kralını əsəbiləşdirməyə bilməz.Belə bir münasibət onun arxa bildiyi media qurumlarında və sosial şəbəkə səhifələrində baş verdikdə isə əsəbin dərəcəsi də artır. Aşağıda təqim edəcəyimiz audio yazı da belə əsəbi hallardan birinin nümunəsidir.R.Arifoğlu sosial şəbəkədə onunla İqbal Ağazadə arasında aparılan sosioloji sorğunun rəy bölümündə yazılanlarla bağlı bir həmkarına xahişdə bulunur. Həmin audioyazını sizə təqdim edirik: Şahin Əhmədov Siam.az