“İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir” - SƏFİR
541.jpg)
"İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”.
APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Biz münaqişənin nə olduğunu və nəticələrini yaxşı bilirik. İsrail ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi sülh və dialoq yolu ilə həll olunmalıdır. Tərəflər arasında əldə olunan razılaşmaya İsrail tərəfi də hörmət edəcək”, - deyə C. Dik vurğulayıb.
Tarix: 24-01-2020, 14:05