Əlizadənin fikirləri nəinki sosial şəbəkələrdə, mətbuatda hətta, həmkarları arasında da kəskin qınanıldı. Təbii ki, "millət vəkili" fikirlərinin, dediklərinin qıcıq yaratdığının fərqində idi.
Bəs, onda niyə, Araz Əlizadə Nuh deyir, peyğəmbər demir?
Bu isə, Araz Əlizadənin bu günlük son, həm də Redaktor.az-a açıqlaması:
Araz Əlizadə Redaktor.az-a açıqlamasında bildirdi ki, ona etiraz edənlərlə maraqlanmır:
“Demokratiyadır, hərə öz fikrini deyir. Primakovu dərk etmək üçün gərək heç olmasa, onun yarısı qədər savadın olsun. 20 Yanvar hadisələrinin baş verməsində Primakovun heç bir rolu olmayıb. Əksinə, o, Bakıya gəlib. Xalq Cəbhəsinin liderlərinə demişdi ki, camaatı küçələrdən yığın, qan töküləcək. Onlar isə Primakova bildirmişdilər ki, Tblisidən sonra Bakıda qan tökməyə cürət etməzlər. O Primakovun ağlı, bu isə Xalq Cəbhəsinin liderlərinin... Həmin qətliamın sifarişçiləri Xalq Cəbhəsi liderləri, Qorbaçov və Azərbaycan Kommunist Partiyasının "maymaq" rəhbərləri idi”.
Millət vəkili Primakovun ermənipərəst siyasətçi olması ilə bağlı səsləndirilən fikilərlə də razılaşmadı:
“O Sovet İttifaqının vətənpərvəri, görkəmli alim, gözəl kəşfiyyatçı və jurnalist idi”.
A.Əlizadə Vəfa Quluzadənin Primakovla bağlı xatirələrinə (https://redaktor.az/news/country/78557-primakova-disimin-dibinden-cixani-dedim-heliyev-sozumu-kesmedi ) də münasibət bildirdi:
“Primakov Heydər Əliyevin çox yaxın dostu idi. Vəfa Quluzadənin nəfəsi yalandan gedib-gəlirdi, yalan danışırdı. Heç kəs Qarabağın müstəqilliyinin tanınması ilə bağlı təkliflə Heydər Əliyevə müraciət edə bilməzdi. Çünki H. Əliyev həmin şəxsin o saat ağzından vurardı. Yəni Vəfa Quluzadənin bu məsələ ilə bağlı xatirələri həqiqəti əks etdirmir”.
Siam.az