Əli Kərimli növbəti dəfə razılaşdırılmamış aksiyaya çağırış etdi


Əli Kərimli növbəti dəfə razılaşdırılmamış aksiyaya çağırış etdi

Xəbər verdiyimiz kimi, Bakı meriyası Milli Şuranın noyabrın 2-də mitinq keçirilməsiylə bağlı müracətini müsbət cavablandırıb və Lökbatanda aksiya üçün yer ayırıb. Ancaq “Yurd” sədri Əli Kərimli rəsmi cavabın alınmasından qısa müddət sonra sosial şəbəkədə razılaşdırılmamış aksiyaya çağırış edib.

Cebhe.info xəbər verir ki, Əli Kərimli sosial şəbəkə hesabında “Mitinqi Lökbatanda keçirməyi təklif ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin yerini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Milli Şura olaraq əvvəlcədən bəyan etmişdik ki, ya kompromis olaraq “Məhsul” stadionunda mitinqə razılıq verərlər, ya da mitinqi xəbərdar etdiyimiz kimi, şəhərin mərkəzində - “28 May” metrosu ətrafında keçirəcəyik. Beləliklə, Milli Şuranın mitinqi 2 noyabr saat 15:00-da şəhərin mərkəzində - "28 May" metrosunun ətrafında keçiriləcək”, - deyə yazıb. 

Beləliklə, növbəti dəfə razılaşdırılmamış aksiyaya cəhd olunacağının anonsunu verilib. 

Tarix: 30-10-2019, 17:38
Xəbəri paylaş





Xəbər lenti