“Son bir neçə gündə Suriyada baş verənlər ən maraqlı bir qətnamə ilə başa çatıb. Bu, an çox yaxşı qurulmuş bir performans kimi qəbul edilə bilər”.
Konkret.az xəbər verir ki, bu barədə Newspress.am yazır.
Sayt yazır ki, geosiyasətin əsas oyunçuları arasında adi bir əməliyyata yekun vurulub. Suriyada və bütün bölgədə öz maraqları var olan ölkələrin razılaşması ermənilər üçün də məmnunluqla qarşılanıb. Sayta görə Türkiyə, Rusiya və ABŞ hərbiçiləri Suriyada təhlükəsizlik zonası yaratmaqla erməni xalqının maraqlarını təmin etməli olublar. Ağ Evin başçısı Donald Trampın qeyd etdiyi kimi mənasız müharibələr aparmaq lazım deyil.
Erməni saytı hesab edir ki, bu siyasi-hərbi oyunda yenə aldadılanlar kürdlər olub. Sayt daha sonra yazır: “Təəccüblüdür ki, öz aralarında bənzərsiz bir yekdillik əldə edən 40 milyona yaxın insan yüz illərdir mübarizə aparır, amma dünyanın “böyükləri” hələ də onların statuslarını bir dövlət səviyyəsinə qaldırmağı uyğun hesab etmirlər”.
Saytın mülahizəsinə görə, indi hər kəs rahatlaşmalı və digər məsələlərə diqqət etməlidir. Bu isə Qafqazdakı münaqişə ocaqlarından biri olan Qarabağ məsələsidir: “Problemin həlli lazımdır. Yumşaq desək, dünyada heç kim nə İrəvanın, nə də Bakının “fit” səsini eşitmir. Beynəlxalq terrorizm Orta Asiyaya yayıla bilər. Amma yol Qafqazdan keçir. Kadırov artıq açıq şəkildə terrorçular üçün qəbiristanlıqlar hazırladığını və bu qəbiristanlıqların boş qalmaması üçün terrorçuların “gəlişini” gözlədiyini açıq şəkildə bəyan edib”.
Newspress.am məqalənin sonunda “Qarabağ hamının boğazında bir sümüyə çevrilib və bunun həzm edilməsi lazımdır. Əslində Rusiyanın başı Suriya ilə qarışmışdı və orada istədiyini əldə edirdi. Artıq vaxtıdır. İndi kiçik və itaətsiz Qafqazda münaqişə həll edilməlidir. Çox güman ki, bu ilin sonuna qədər Dağlıq Qarabağ tənzimlənməsi prosesində maraqlı diplomatik və siyasi inkişaflar ola bilər”, – fikirlər qeyd edilib.