Fuad Qəhrəmanlıdan gözlənilməz gediş: Mitinqə rəhbərliyi üzərinə götürdü və...

 Qızı Selcanın və həyat yoldaşı Zümrüd Yağmurun məlum açıqlamalarından sonra tutduğu AXCP sədr müavinliyindən istefa vermək zorunda qalan Fuad Qəhrəmanlı gözlənilməz açıqlama ilə çıxış edib.

Savash.org xəbər verir ki, o nəzərdə tutulan 8 oktyabr mitinqinə rəhbərliyi üzərinə götürdüyünü bəyan etməklə siyasətdən çəkilmədiyini bəyan edib:

"Buradan bəyan edirəm: 8 oktyabra planlaşdırdığımız etiraz aksiyasına rəhbərliyi öz üzərimə götürürəm! Zakir Qaralovun mənim cəzalandırılacağımla bağlı məlum bəyanatına və məni siyasətdə bitirdiklərinə sevinənlərə hələlik cavabı bu şəkildə vermək qərarına gəldim. Meydanda görüşərik!"

Tarix: 2-10-2019, 21:17
Xəbəri paylaş





Xəbər lenti