“BİZ MİLLƏT OLARAQ DA, DÖVLƏT OLARAQ DA, BU TƏHQİRİ YEMƏMƏLİYİK” !!!




Elşad MUSAYEV

BAP sədri

“Azərbaycanda, hakimiyyət də daxil olmaq şərtilə, ölkədə bütün siyasi qüvvələrin, Qarabağ müharibəsi veteranlarının rəhbərliyi altında ümumxalq mitinqləri keçirilməlidir. Dünyanın hər yerində soydaşlarımızı ayağa qaldırmalıyıq. Dünyaya işğalla barışmadığımızı, Qarabağ məsələsində bir olduğumuzu və son qələbəyədək döyüşəcəyimizi nümayiş etdirməliyik!”!!!

————————————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN

Azərbaycanın dərdi və xilası…

Bu gün Azərbaycanın ən böyük dərdi Qarabağdır, Azərbaycanın ən böyük xilas yolu da məhz Qarabağdır. Siyasi camiənin, millətin, bütövlükdə cəmiyyətin bir araya gəlməsini vacib edən əsas şərt Qarabağ problemidir. Ortada ciddi iki amil var.

Birincisi, artıq dünyanın Qarabağ məsələsini faktiki olaraq gündəmdən çıxartması, ermənilərin isə, başlarında Paşinyan olmaqla, çox həyasızcasına işğal altındakı torpaqlarımızı özlərinki elan etmələri ilə bərabər, Gəncəyə, Naxçıvana, digər ərazilərimizə iddia etmələri göz önündədir.

İkincisi, üzərimizdə çox böyük psixoloji basqı var.

Ermənistan yetkililərindən tutmuş sadə erməniyəcən hamısı bizimlə təhqir, alçaltma dilində danışır. Torpaqlarımızda oturub bizi qorxaqlıqda, bacarıqsızlıqda və s. hər şeydə ittiham edirlər.

Biz millət olaraq da, dövlət olaraq da bu təhqiri yeməməliyik! Əgər yesək ətraf dövlətlər bizi paramparça edəcək. Dünyanın heç yerində öz ərazilərini qorumayan, işğalçıya təpki verməyən dövlətə, xalqa hörmət edilmir.

Biz, millətimizin zədələnmiş qürurunu yalnız işğal altındakı torpaqlarımızı azad etdikdən, qisasımızı aldıqdan sonra bərpa edə bilərik.

Azərbaycan müxalifəti bütün hərbi əməliyyatlar zamanı ordumuzun, dövlətimizin yanında olub. İnanıram ki. hərbi əməliyyatlar başlasa yenə elə olacaq.

İşin əsas yükü Azərbaycan hakimiyyətinin üzərinə düşür. İqtidar konstutision borcunu yerinə yetirib ölkənin ərazi bütövlüyünün təmin olunmasını təşkil etməlidir. Azərbaycan rəhbərliyi də Paşinyanın, digər erməni yetkililərinin təhqirlərinə dözməməlidir, əməli işə keçməlidir. Yəni, biz hərbi yolla Qarabağı azad etməliyik. Əks halda bir neçə ildən sonra Ermənistan digər ərazilərimizə hücum edəcək. Ətraf dövlətlərə də elə bu lazımdır. Bizim dövlət olaraq mövcudluğumuz təhlükədədir.

İnformasiyalara görə hakimiyyətin içinində ikili mövqe mövcuddur. Bir qisim gələcək təhlükəni görür və hərbi yolla problemin həlli variantını önə sürür. İkinci, çoxluq təşkil edən qrup isə müharibə başlayarsa çoxlu risqlərin ortaya çıxacağını, yalnız hakimiyyətin deyil, əlavə torpaqların da itirilə biləcəyi versiyasını müdafiə edir. Əslində onlara öz vəsaitlərini saxlamaq üçün sakitçiliyin olması lazımdır. Ona görə, ciddi-cıhdlə hərbi əməliyyatlar əleyhinə çıxırlar.

Hakimiyyət qərarlı və təmkinli olmalıdır. Düşmənin Azərbaycan müxalifəti deyil, Paşinyan, Ermənistan və onlara dəstək verənlərin olduğunu bəyan etməlidir.

Nəhayət, ilkin olaraq, Azərbaycanda, hakimiyyət də daxil olmaq şərtilə, ölkədə bütün siyasi qüvvələrin, Qarabağ müharibəsi veteranlarının rəhbərliyi altında ümumxalq mitinqləri keçirilməlidir. Dünyanın hər yerində soydaşlarımızı ayağa qaldırmalıyıq. Dünyaya işğalla barışmadığımızı, Qarabağ məsələsində bir olduğumuzu və son qələbəyədək döyüşəcəyimizi nümayiş etdirməliyik!

Sonra da qərarlı şəkildə Qarabağı azad etməliyik!

Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!

Tarix: 1-10-2019, 21:20
Xəbəri paylaş





Xəbər lenti