Türkiyədə ABŞ-a qarşı nifrətin bu qədər artması nəylə bağlıdır və əsasən hansı siyasi-psixoloji durum ABŞ-a qarşı nifrəti körükləyir?
Politoloq: “Ərdoğanın və AKP funksionerlərinin davamlı olaraq ABŞ-ə hədəfə alması və Vaşinqtonu dünyadakı ədalətsizliyin əsas səbəbkarı kimi göstərmələri mühafizəkar və dindar türklərdə düşmən amerikalı obrazı yaradıb”.“Türkiyə əhalisi tarixdən düşmən obrazında gördüyü ruslardansa, bu gün bilavasitə sərhədlərində PKK, PYD/YPG terror təşkilatlarını dəstəkləyən, dolların süni bahalaşması ilə lirənin kəskin ucuzlaşması nəticəsində onların sosial-iqtisadi durumunu, məişətini çətinləşdirən ABŞ-a bu səbəbdən kin bəsləyirlər”.
Bu sözləri politoloq Nəzakət Məmmədov Türkiyədə ABŞ-ın əsas düşmən olaraq görülməsinin sbəblrini PİA.az-a şərh edərkən qeyd edib.
Türkiyədə keçirilən bir rəy sorğusunun nəticələrinə görə ABŞ rəyi soruşulanların 94,5%-i tərəfindən Türkiyənin əsas düşməni olaraq görülür. Rusiya və Çin isə Türkiyənin dostları arasında yer alıb.
Maraqlır ki, təqribən 10 il əvvəl Türkiyədə əsas düşmən ənənəvi olaraq Rusiya qəbul edilirdi və bu zaman tarixi qarşıdurmaların və müharibələrin yaratdığı psixoloji durum əsaslı rol oynayırdı. Ruslar da eyni zehniyyətlə türkləri özlərinin əsas düşmənləri olaraq qəbul edirdilər. Lakin indi fərqli bir mənzərə ortaya çıxıb.
Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.
Nəzakət Məmmədova: “Ötən il Vaşinqtonun iqtisadi-maliyyə hücum nəticəsində dollar lirəyə nisbətdən kəskin bahalaşdı və 80 milyonluq ölkə əhalisi bir neçə gün ərzində şok yaşadı. Bu hücumun nəticələrinin indiyədək Türkiyə iqtisadiyyatında özünü büruzə verir və hər bir türk bu hücumun izlərini öz üzərində hələ də hiss edir”.
Türk insanı Rusiyanı tarixdə oxuduqları vəhşi rus əsgəri obrazının artıq arxada qaldığını və bu gün canlı ünsiyyətdə olduqları, turist kimi onlara hər il milyonlarla lirə fayda gətirən yeni rus obrazı ilə tanış olduqlarına diqqət çəkən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, amerikalıların Türkiyəyə ruslarla müqayisədə daha az səyahət etməsi də onların türklərə yadlaşmasınayol açıb. Eyni zamanda Ərdoğanın və AKP funksionerlərinin davamlı olaraq ABŞ-ə hədəfə alması və Vaşinqtonu dünyadakı ədalətsizliyin əsas səbəbkarı kimi göstərmələri mühafizəkar və dindar türklərdə düşmən amerikalı obrazı yaradıb:
“AKPhakimiyyətinin, prezident Ərdoğanın ABŞ-la münasibətlərinin pisləşməsi fonunda Türkiyənin Rusiya ilə strateji sahələrdə yaxınlaşması bu cür ictimai rəyin formalaşmasına səbəb olub. ABŞ-ın Türkiyənin əsas düşməninə çevrilməsində hər iki tərəfin rolu var: ABŞ Türkiyə ilə müttəfiqlik öhdəliklərinin əksinə olaraq onun ərazi bütövlüyünə təhdid yaradaraq, Suriyada, İraqda və digər qonşu ölkələrdə sabitliyi pozub, silahlı münaqişələrə rəvac verib, PYD/YPG terror təşkilatlarını himayə edib. Eyni zamanda Türkiyə hakimiyyətinin dövlət çevrilişi cəhdində ittiham etdiyi Güləni ekstradisiya etməkdən imtina edib və s. Türkiyə isə Rusiya və İranla yaxınlaşaraq ənənəvi xarici siyasətini dəyişməklə ABŞ-ın Yaxın Şərq planlarını pozub, Rusiyadan S-400 sistemi alaraq NATO-ya rus silahı gətirib, ABŞ-ı aramsız olaraq bir sıra məsələlərdə ittiham edib və s.
AKP iqtidarı və şəxsən prezident Ərdoğan əksər çıxışlarında ABŞ-ı sərt tənqid edir, onu dünya hegemonluğuna can atmaqda suçlayır, başqa ölkələrə, xüsusilə Türkiyəyə qarşı münasibətdə ədalətsiz davranmaqda ittiham edirlər. Ərdoğan demək olar ki, bütün çıxışlarında ABŞ başda olmaqla Qərbi dünyadakı ədalətsizliklərin əsas səbəbkarı kimi göstərir.
ABŞ-ın Türkiyəyə qarşı bir sıra səhvləri, o cümlədən ötən il Türkiyəyəyə qarşı iqtisadi zərbə vurdu. Xatırladaq ki, ötən il Vaşinqtonun iqtisadi-maliyyə hücum nəticəsində dollar lirəyə nisbətdən kəskin bahalaşdı və 80 milyonluq ölkə əhalisi bir neçə gün ərzində şok yaşadı. Bu hücumun nəticələrinin indiyədək Türkiyə iqtisadiyyatında özünü büruzə verir və hər bir türk bu hücumun izlərini öz üzərində hələ də hiss edir. Konqresin Türkiyəyə F-35 satmaqdan imtina etməsi, FETÖ-nü dəstəkləməsi, Türkiyənin suverenliyinə hörmət edilməməsi və s. ABŞ-ın Türkiyə əhalisinin gözündə hegemon, zalım, ədalətsiz bir dövlət obrazının yaradılasına səbəb olub.
Nəzakət Məmmədova: “: ABŞ Türkiyə ilə müttəfiqlik öhdəliklərinin əksinə olaraq onun ərazi bütövlüyünə təhdid yaradaraq, Suriyada, İraqda və digər qonşu ölkələrdə sabitliyi pozub, silahlı münaqişələrə rəvac verib, PYD/YPG terror təşkilatlarını himayə edib, dövlət çevrilişi cəhdində ittiham edilən Güləni ekstradisiya etməkdən imtina edib və s”.
Türkiyə əhalisi tarixdən düşmən obrazında gördüyü ruslardansa, bu gün bilavasitə sərhədlərində PKK, PYD/YPG terror təşkilatlarını dəstəkləyən, dolların süni bahalaşması ilə lirənin kəskin ucuzlaşması nəticəsində onların sosial-iqtisadi durumunu, məişətini çətinləşdirən ABŞ-a bu səbəbdən kin bəsləyirlər.
Üstəlik, hər il on minlərlə rus Türkiyəyə turist kimi səhayhətlər edir, türk şirkətləri Rusiyada fəaliyyət göstərirlər. Türk insanı Rusiyanı tarixdə oxuduqları vəhşi rus əsgər obrazındansa, bu gün canlı ünsiyyətdə olduqları, turist kimi onlara hər il milyonlarla lirə fayda gətirən rus obrazından tanıyırlar. Amerikalıların Türkiyəyə ruslarla müqayisədə daha az səyahət etdiyini nəzərə alarsaq, türklərin ruslarla çox yaxınlaşıb, amerikalıları ümumi düşmən görməsinin siyasi psixoloji tərəfi də daha da ortaya çəxmış olur”.