Ərdoğan “buzları əridir”: Trampa özəl təklif


Ərdoğan “buzları əridir”: Trampa özəl təklif

Türkiyə Rusiyanın S-400-ləri ilə bərabər ABŞ-dan "3PK Patriot" zenit-raket kompleksi ala bilər.

Cebhe.info xəbər verir ki, bu təklifi Prezident Rəcəb Tayyib Ərdoğan səsləndirib. 

"Milliyyət" qəzeti yazır ki, Ərdoğan özü şəxsən Prezident Donald Trampa bu barədə deyib. Bildirib ki, Ankara S-400-lərlə bərabər “Patriot” da  ala bilər.

"Əgər biz bu təklifi reallaşdırsaq, o zaman bizim alternativ müdafiə sistemimiz olacaq", - deyə Ərdoğan vurğulayıb. 

Xatırladaq ki, Türkiyənin Rusiyadan havadan müdafiə sistemi alması ABŞ-la münasibətlərin gərginləşməsinə səbəb olub. Rəsmi Vaşinqton sazişdən imtina tələb edib, ancaq rəsmi Ankara güzəştə getməyib. 

Tarix: 27-09-2019, 15:24
Xəbəri paylaş





Xəbər lenti