AXCP və REAL rəhbərliyi Müsavatda toplandı - Seçki müzakirəsi

AXCP və REAL  rəhbərliyi Müsavatda toplandı - Seçki müzakirəsi

"Bu gün "Seçkilər: Gerçəklər və perspektivlər" mövzusunda Dəyirmi Masa keçirdik. Maraqlı müzakirələr oldu. Hədəflərimizi bir daha dəqiqləşdirməyə çalışdıq".

Reyting.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib.

O bildirib ki, təqdim etdikləri sənəd layihəsi AXCP və REAL Partiyası tərəfindən əsasən məqbul hesab olunub: "Son dəqiqləşmələrdən sonra cəmiyyətə bir daha təqdim olunacaq".

Arif Hacılı qeyd edib ki, siyasi partiyalar və ictimai təşkilatlarla müzakirələr davam edəcək: "Fikrimizcə, belə diskussiyalar, siyasi qüvvələrin konsolidasiyası indi çox vacibdir".
Tarix: 7-09-2019, 08:27
Xəbəri paylaş





Xəbər lenti