Müxalifət effektsiz mitinq taktikasından əl çəkdimi...


Partiya sədrlərindən mitinq açıqlamaları

Müxalifət təşkilatlarının yanvarın 19-dan sonra mitinq üçün çoxlu sayda müraciətləri olsa da, Bakı Şəhər İcra Hakimiyyəti bütün müraciətlərə “yox” cavabı verib. Bakı Şəhər İcra Hakimiyyəti hər dəfə “yox” cavabı versə də, müxalifət cavabı alan kimi yeni mitinq üçün məktub ünvanlayırdı.

Lakin 20 iyul mitinqi üçün müraciətə mənfi cavabdan sonra bu ənənə təkrarlanmadı. İyul ayından müxalifətin mitinq müraciətləri dayanıb.

Müxalifət təşkilatları nəticəsiz müraciətlərin mənasız olduğu qənaətinə gəlib, yoxsa isti yay aylarının keçməsini gözləyir? Qarşıdakı dövrdə mitinq məsələsi gündəmdə olacaq, yoxsa bu məsələ bir müddət üçün gündəmdən çıxıb?

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, mitinqlər, yürüşlər, piketlər və digər kütləvi etiraz aksiyaları keçirmək, təşkil etmək hər bir vətəndaşın və siyasi təşkilatın konstitusion hüququdur. Eyni zamanda siyasi mübarizə metodlarından ən təsirlisi və ən populyarıdır. Odur ki, Azərbaycan müxalifətinin bu aksiyalardan istifadə etmək cəhdi anlaşılandır. Lakin bu heç də o demək deyil ki, hər gün, hər həftə mitinq keçirilməli və ya mitinq üçün müraciət edilməlidir: “Unutmayaq ki, mitinqlərin keçirilməsi və bu mitinqlərə razılıq məsələsi həm də özünü  demokratik dövlət elan edən ölkədə demokratiyanın göstəricilərindəndir. Buna görə biz AĞ Partiya olaraq hakimiyyətin mitinqlərə tətbiq etdiyi qanunsuz qadağaları qətiyyətlə pisləyirik və bunu demokratik dəyərlərə və idarəçiliyə zidd hesab edirik.

AÄ Partiyanın sÉdri Tural Abbaslı â ile ilgili görsel sonucu

Konkret sualınıza gəldikdə isə deməzdim ki, müxalifət iqtidarın rədd cavablarından sonra ruhdan düşdü deyə daha mitinq müraciətləri etmir. Bu sakitliyin əsas səbəbi, təbii ki, yay fəslidir. Hamıya bəllidir ki, yay aylarında havaların isti keçməsi və insanların böyük əksəriyyətinin istirahətə getməsi siyasi prosesləri səngidir. Bu dəfə də istisna deyil. Əminəm ki, artıq sentyabr ayının ikinci ongünlüyündən başlayaraq müxtəlif partiyalar və siyasi quruluşlar mitinq keçirmək üçün  müraciətə başlayacaqlar. Hakimiyyət siyasi islahatlara başladıqlarını sübut etmək istəyirlərsə, buyursunlar mitinqlərə razılıq versinlər. Qoy hər kəs özünün ictimai dəstəyini nümayiş etdirmək şansı tapsın. Əks təqdirdə razılaşdırılmış mitinqlərin keçirilməsinə maneələr törədiləcəksə, partiyalar məcburən razılaşdırılmamış aksiyalara keçəcəklər və bu da heç bir tərəfə fayda verməyəcək, nəticədə dövlətimiz itirəcək”.

Æli Æliyev ile ilgili görsel sonucu

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirdi ki, mitinq təşəbbüsləri olacaq. İyul-avqust aylarında kütləvi tədbirlər məqsədəuyğun sayılmır, bir qayda olaraq: “Kütləvi tədbirlər konstitusiya hüququ və fundamental mübarizə vasitəsidir. Düşünürəm ki, bu sahədə fəallıqlar olacaq. Bu, qaçılmazdır. Qarşıdan gələn siyasi mərhələ gərgin olacaq. Bu şəraitdə mitinqsiz alınmaz”.


Tarix: 5-09-2019, 08:57
Xəbəri paylaş





Xəbər lenti