Son vaxtlar Qarabağ probleminin hərbi yolla həlli ilə bağlı çoxsaylı fikirlər səslənir və bəzi siaysilər iddia edir ki, əgər müharibə baş verərsə, Azərbaycan Göyçə, Zəngəzur və s. tarixi ərazilərin azad edilməsi məsələsinə də baxa bilər.
Maraqlıdır, müharibə baş verərsə Azərbaycan ermənilər tərəfindən Qarabağdan öncə zəbt edilən torpaqların da azad edilməsi istiqamətində addımlar atmalıdırmı?
Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bunun arzuedilən olduğunu vurğuladı:
“Hesab edirən ki, Azərbaycan Qarabağla yanaşı bu torpaqların da azadlığı istiqamətində əməli addımlar atmalıdır. Arzuları reallığa çevirməlidir. Lakin belə bir addım atılacaq, ya yox, bunu bilmirəm. Mən Qarabağla yanaşı digər əzəli torpaqlarımızın da azad edilməsi ideyasını doğru sayır, bu ideyanı dəstəkləyirəm. Hesab edirəm ki, bunlar hər kəsin ürəyindən olan fikirlərdir. Lakin təəssüflə qeyd edirəm ki, bu məsələdə rəsmi Bakı astagəllik sərgiləyir. Axşam canlı yayımda bu və digrə məsələlərlə bağlı daha ətraflı məlumat verəcəm.
Baxın, bu gün pilotumuzun dəfn mərasiminə siyasilərin dəfnə gəlməməsi ilə bağlı açıqlama verilib. Hesab edirəm ki, bu, ölkəmiz adına ayıbdır. Paşinyanın Qarabağda at oynatdığı bir zamanda bölücülük aparmaq doğru deyil. Bu məsələlərə diqqət yetirməliyik. Biz bəzən nəyisə tənqid edəndə bizə düşmən kimi baxırlar. Tənqid edənlər istəmir ki, tənqid etdikləri şəxsdə bu çatışmazlıqlar görünsün. Biz bunu həmin adama qıymırıq, yaraşdırmırıq deyə onda gördüyümüz nöqsanı tənqid edirik. Bizim bu tənqidlərdə məqsədimiz bundan ibarətdir”