1 noyabrdan Avropa Komissiyasına rəhbərlik edəcək Ursula fon der Lyayen Rusiya ilə münasibətlərdən danışıb. O bildirib ki, Rusiyaya qarşı sanksiyaların götürülməsi ancaq bu ölkədən asılıdır. Avropa Komissiyasının yeni rəhbəri rəsmi Moskvanı beynəlxalq hüququ pozmaqda ittiham edib.
Cebhe.info xəbər verir ki, bununla yanaşı o, "Rusiya Avropa Birliyinin qonşudur və belə də qalacaq",- deyib.
“Bild" nəşrinə müsahibəsində Lyayen "Kreml zəifliyi bağışlamır",-deyə vurğulayıb. Qeyd edib ki, Avropa Birliyi güc mövqeyində dialoqu davam etdirməyə hazırdır.