NATO-nun baş katibi: “Türkiyə alyansın vacib üzvüdür”


NATO Baş katibi Yens Stoltenberq bildirib ki, üzv ölkələrdən heç biri S-400 zenit-raket komlekslərinin alınması ilə bağlı Türkiyənin alyansdan çıxarılması məsələsini qaldırmayıb.

Baş katib əlavə edib ki, Türkiyə alyansın vacib üzvüdür.

O qeyd edib: "Alyansa üzv ölkələrdən heç biri Türkiyə ilə bağlı belə bir fikir heç vaxt qaldırmayıb, çünki biz hamımız başa düşürük ki, bir-birimizdən asılıyıq".

Tarix: 18-07-2019, 15:13
Xəbəri paylaş





Xəbər lenti