Bərdə polisinə yeni təyinat olub- Nazir əmr imzalayıb

 Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

“Report”un Qarabağ Mərkəzinin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Şahid Abdullayev Bərdə Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

O, bu təyinatadək Zaqatala Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi olub.

Tarix: 13-07-2019, 20:51
Xəbəri paylaş





Xəbər lenti