Bərdədə elektrik şəbəkəsinin rəisi yenə dəyişdi

  Yeni rəis bu gündən işinin icrasına başlayıb

   "Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə  Daşdəmirli Fərid Səmid oğlu gətirilib. Bu barədə ASC-nin sədri Balababa Rzayev müvafiq əmr imzalayıb.
Bu gündən Daşdəmirli Fərid Səmid oğlu Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi kimi vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi indiki təyinata qədər Ziya Quluyev idi.(Sputnik Azərbaycan)



Siam.az
Tarix: 8-07-2019, 23:16
Xəbəri paylaş





Xəbər lenti