Öcalan kürdləri İstanbuldakı seçkilərdə neytrallığa çağırdı

 1999-cu ildən bəri Mərmərə dənizində İmralı adasında ömürlük həbs cəzası çəkən terrorçu Kürdüstan İşçi Partiyasının (PKK) lideri Abdullah Öcalan, kürdyönümlü Demokratik Xalq Partiyasını (HDP) və İstanbulda yaşayan bütün etnik kürdləri 23 iyun tarixində ölkənin ən böyük şəhərində keçiriləcək təkrar bələdiyyə seçkiləri ərəfəsində siyasi neytrallığı qorumağa çağırıb. Virtualaz.org bildirir ki, bu barədə Hürriyet Daily News xəbər yayıb.
Bildirilir ki, Öcalanın vəkilləri PKK liderinin adından belə bir bəyanatla, dünən gecə saatlarında “Anadolu”nun, onun kürdyönümlü partiyaya, hansı ki, 31 martda İstanbulda keçirilmiş əvvəlki seçkilərdə müxalif Cümhuriyyət Xalq Partiyasının üzvü Əkrəm İmamoğlunu dəstəkləmişdi, müraciət etdiyi barədə xəbər yayandan sonra çıxış ediblər.

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 24 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.
AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib. YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələri ləğv edilib. İmamoğlunun mandatı geri alınıb və təkrar seçkinin iyunun 23-də keçirilməsinə qərar verilib.
Tarix: 22-06-2019, 08:40
Xəbəri paylaş





Xəbər lenti