Qazaxıstanın yeni prezidentinin Ermənistanla bağlı mövqeyi Bakıda etiraz doğurdu


Qazaxıstanın yeni seçilən prezidenti Qasım-Jomart Tokayev keçirdiyi mətbuat konfransında ölkəsinin Ermənistanla münasibətlərindən danışıb.

Tokayev bildirib ki, onun Ermənistana böyük simpatiyası var. “Bu yaxınlarda mən Nikol Paşinyanla görüşdüm. Yeri gəlmişkən, 5 dəqiqədən sonra mənə zəng etməlidir. Bildiyim qədərilə təbrik etmək üçün. Biz konkret layihələrlə əməkdaşlığımızın möhkəmlənməsi üzərində razılaşdıq”-deyə Tokayev bildirib. Ermənistana böyük simpatiya ilə yanaşması Tokayevin şəxsi işıdir. Bu mənada onun rəyini dəyişmək fikrində deyilik. Lakin bu barədə danışarkən qazax prezident heç olmasa Ermənistanın işğalçı dövlət olduğunu və Azərbaycan ərazilərini 30 ilə yaxındır işğalda saxladığını nəzərə almalıydı. Həm də ona görə ki, söhbət Qazaxıstanın da daxil olduğu türkdilli ölkələr ailəsinin bir üzvündən gedir. Qazaxıstanla Azərbaycanı bağlayan tellər çoxdur, burada tarixilik, dil, din, adət-ənənə faktorlarını qeyd etmək olar. Elə bu əlaqələr səbəbindəndir ki, qazaxlarla azərbaycanlılar arasında daim dostluq, qardaşlıq münasibətləri olub. Lakin Qazaxıstan və Ermənistan arasında dil və ya tarixilik baxımdan bənzərliyin olduğunu iddia etmək absurddur. İlk baxışda adama elə gəlir ki, qazax prezident Ermənistanı hansısa başqa türkdilli ölkə ilə qarışıq salıb.

Bu barədə məlumatın erməni mediası vasitəsilə yayılması o ehtimalı yaradır ki, ola bilsin qazax prezidentin fikriləri təhrif edilib. Aprel döyüşlərindən sonra İrəvanda keçirilməli olan KTMT-nin toplantısına gəlməkdən imtina edən Nazarbayevin varisinin belə bir mövqe sərgiləməsi ən azı ayıbdır. Üstəlik, Qazaxıstan KTMT-nin baş katibi ilə bağlı məsələdə də Ermənistanı peşman edən mövqe sərgilədi. Hətta bunun qarşılığında N.Paşinyan hökuməti Qazaxıstana qarşı həqarətli mövqe də sərgiləmişdi. İndi Tokayev bütün bunlardan necə bixəbər ola bilər?

Fazil Mustafa: ile ilgili görsel sonucu

Fazil Mustafa: “O halda Nazarbayevin oxuduğu tarix kitabını yenidən oxumasına ehtiyac var”

Deputat, BQB başqanı Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında məsələyə kəskin münasibət sərgilədi: “Qazaxıstanın yeni prezidenti əgər bunu söyləyibsə, o halda Nazarbayevin oxuduğu tarix kitabını yenidən oxumasına ehtiyac var. Qazax türkdürsə, onun erməni ilə hansı dil bağı ola bilər? Hər bir halda bu səhvini düzəltməlidir, əks halda, qazax ziyalıları tərəfindən əminəm ki, bu yanlışı cavabsız buraxılmayacaq”.

FÉzail İbrahimli: ile ilgili görsel sonucu

Fəzail İbrahimli: “Əgər dövlət başçısı həqiqətən də belə bir ifadə işlədibsə...”

Tarix elmləri doktoru, deputat Fəzail İbrahimli Qazaxıstan prezidentinin belə bir fikir səsləndirdiyinə inanmaq istəmədiyini bildirdi: “Bu məsələlər kifayət qədər aydınlaşdırılmalıdır. Əgər dövlət başçısı həqiqətən də belə bir ifadə işlədibsə, o, ardınca daha ciddi və aydın açıqlama verməlidir ki, düşündüklərinin mənbəyi hardandır? Onda Azərbaycan tərəfi, təbii ki, özünün reaksiyasını bildirəcək, istər mətbuat səviyyəsində, istərsə də digər səviyyələrdə”. Tarixçi professor qeyd etdi ki, Orta Asiya dövləti olan, türkdilli dövlətlər qrupuna daxil olan Qazaxıstanın Ermənistanla dil, tarix bənzərliyinin olması barədə fikirlər ən azı təəccüb doğurur: “Bizim türkdilli dövlətlər qrupu, Parlament Assambleyası var. İndi necə oldu bunlar dil baxımından Ermənistana yaxın oldu? Hardandır bu tarixi birlik? Mən güman etmirəm ki, qazax prezident belə bir fikir səsləndirib”.

Elman NÉsirov: â ile ilgili görsel sonucu

Elman Nəsirov: “Qazaxıstan və Ermənistan arasında tarix, dil bağlılığının olması barədə dedikləri anlaşılmazdır”

Deputat Elman Nəsirov isə “Yeni Müsavat”a bu barədə danışarkən dedi ki, Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq münasibətləridir: “Xüsusilə də hələ sovet dönəmində ulu öndər Heydər Əliyevlə Nursultan Nazarbayev arasında çox sıx dostluq münasibətləri olub. Hətta Nazarbayev ulu öndəri özünün ağsaqqalı hesab edirdi. Nazarbayev də hakimiyyətdə olduğu 30 il ərzində daim Azərbaycanı müdafiə edib. Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində birmənalı olaraq Azərbaycanın haqq işini müdafiə edib və bunu həm beynəlxalq güclərə bildirib, eyni zamanda Ermənistan rəhbərliyinin iştirak etdiyi tədbirlərdə də açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyib. O, münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ideyasını müdafiə edib. Eyni zamanda Avrasiya İqtisadi İttifaqına Ermənistanın Dağlıq Qarabağla birlikdə daxil olmaq niyyətinin də qarşısının alınmasında Nursultan Nazarbayevin çox böyük xidmətləri oldu. Bu səbəbdən də Azərbaycanda ona çox böyük dəyər verirlər. Dövlətimizin başçısı cənab İlham Əliyev 2017-ci ilin aprelində onu Azərbaycanın ən yüksək dövlət mükafatı olan Heydər Əliyev Ordeni ilə təltif etdi”.

E.Nəsirov qeyd etdi ki, Qazaxıstanın yeni seçilmiş prezidenti Tokayev prinsip etibarilə Nazarbayevin varisidir və onun siyasətini davam etdirməsi məntiqlidir, ağlabatandır: “Bizdə əminlik var ki, o, indiyədək formalaşmış Azərbaycan-Qazaxıstan münasibətlərinin daha da inkişafı, dərinləşməsi yolunda ciddi addımlar atacaq. Lakin onun Qazaxıstan-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi son fikirlər, təbii ki, birmənalı qarşılanmayıb. Xüsusilə də Qazaxıstan və Ermənistan arasında tarix, dil bağlılığının olması barədə dedikləri anlaşılmazdır. Düzü, şəxsən mən bu fikirlərin qazax prezidentə məxsus olmasına inanmaq istəmirəm. Çünki həqiqətən də bizim münasibətlərimiz ən yüksək səviyyədə olub. Əksinə, Ermənistan-Qazaxıstan münasibətləri barədə qətiyyən bunu söyləmək mümkün deyil. Birdən-birə nə baş verdi, nədən o, belə fikirlər söylədi, cavab verməyə çətinlik çəkirəm. Məncə, bu məsələdə bir az gözləmə mövqeyində dayansaq, daha yaxşı olar”. Deputat bununla yanaşı, hesab edir ki, məsələyə rəsmi səviyyədə aydınlıq gətirilməsinə ehtiyac var: “Dediyim kimi, Tokayev Nazarbayevin siyasi varisidir və onun siyasətini davam etdirməlidir. Amma bu davranış həmin siyasətə uyğun gəlmir. Belə olan vəziyyətdə, mənə elə gəlir ki, müəyyən anlaşılmazlıqlar var. Xüsusilə indiki informasiya əsrində bir çox hallarda informasiyanı dezinformasiya kimi yaymaq meyilləri də güclüdür. Ona görə də hesab edirəm ki, tələm-tələsik bu məsələyə qiymət vermək düzgün olmazdı. Qazaxıstan Prezident Administrasiyasının mətbuat katibliyi Bakıdakı səfirlik bu məsələ ilə bağlı daha dəqiq mövqe ortaya qoya bilər. Yalnız bundan sonra dəqiq və səhih fikir söyləmək mümkündür”. 

Hələlik nə səfirlik, nə də Qazaxıstan PA yayılan fikirlərlə bağlı mövqeyini açıqlamayıb. Susublarsa, demək yayılan fikirlər Tokayevə məxsusdur. Çox təəssüf...Ermənistanla Qazaxıstan arasında tarixi oxşarlığın olduğunu iddia edən prezident gərək biləydi ki, Ermənistan cəmi 101 il əvvəl Azərbaycanın tarixi torpaqlarında yaradılmış dövlətdir. Onda hansı oxşarlıqdan söhbət gedə bilər?..

Tarix: 12-06-2019, 14:01
Xəbəri paylaş





Xəbər lenti