Rusiya prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Ermənistana səfər edib.
Bu məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Onun İrəvanda “Erməni Fikirləri Sammiti”ndə iştirak edəcəyi bildirilib.
Şvıdkoy İrəvanda Ermənistan Prezidenti Armen Sərkisyanla da görüşüb.
Qeyd edək ki, ötən ay Şvıdkoy Azərbaycan və Ermənistan arasında qurulacaq humanitar əlaqələrin hansı formatda olacağını müəyyən etmək üçün iyun ayında İrəvana səfər edəcəyini söyləmişdi. (axar.az)