Kazan prinsiplərinə əsasən, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətafında işğal olunmuş 7 rayonu qaytarmalı idi.Bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu gün Milli Məclisdə “Azərbaycan Avropa məkanında” konfransında çıxışı zamanı bildirib.
S. Markov deyib ki, bunun maqbilində Azərbaycan blokadanı aradan qaldıracaqdı:
“Azərbaycan Dağlıq Qarabağa müvəqqəti status verməli idi. Oradan hərbçilər çıxarılmalı idi. ATƏT-in sülhməramı qüvvələri təmas xəttində dayanmalı idi. Hazırda Kazan prinsipləri ətrafında danışıqlar gedir”.
S. Markov nəzərə çatdırıb ki, Ermənistan 1992-ci ildə hərbi cəhətdən Azərbaycandan güclü idi:
“Amma ötən müddətdə Azərbaycan sürətlə nkişaf edib, indi iqtisadiyyatı və ordusu daha güclüdür. Əhali 10 milyon nəfərə çatıb.Hazıda Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən daha artıqdır. Bu, Azərbayca ordusunun Dağlıq Qarabağı işğaldan azad etmək üçün müharibəyə hazır olduğunu göstərir. Kazan prinsipləri və digər prinsiplər ətrafında münaqişə həll olunamasa, Azərbaycan ordusu müharibəyə hazırdır”.