V. Zelenskiy Ukraynanın “Putini” olacaq
Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşovun V. Zelenskinin Ukrayna Prezident postunda ilk 10 günlük hakimiyyətinin nəticələri barədə fikirlərini oxucularımıza təqdim edirik.“Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiy prezident seçkilərində qələbə qazanacağı proqnozumuzun təsdiqlənməsi Ukraynada baş verən siyasi proseslərin və keçmiş Prezident Petro Poroşenkonun həm siyasi əsasən də iqtisadi və sosial sahədə yarıtmaz və uğursuz siyasətinin düzgün analizinin nəticəsidir. Əvvəla qeyd edim ki, V. Zelenskinin qələbəsinin təminatçısı Poroşenko elə özü oldu, məsələ bunda idi ki, qərb dövlətlərinin bir başa dəstəyi və ssenarisi üzrə dövlət çevrilişi ilə hakimiyyətə gələn Poroşenko qərb dövlətlərinin anti Rusiya siyasəti yeritməklə məşğul idi. Nəzərə alsaq ki, həm ruslar və ukraynalılar eyni etnik mənşəyə mənsubdur və bu hal Poroşenkoya qarşı ukraynalılarda daxili qıcıq yaradırdı. Bütün prezident dövrü anti Rusiya siyasəti ilə məşğul olan Poroşenko ölkənin sosial iqtisadi vəziyyətini özbaşına buraxaraq sosial gərginliyə, ictimai narazılığa səbəb oldu. Poroşenkonun Ukrayna xalqının milli və dini hisləri ilə oynaması daxili parçalanmaya aparan və az qala vətəndaş müharibəsi astanasında olması Poroşenkonun məğlubiyyətinin əsas amillərindəndir. Ukrayna pravoslav kilsəsinin Pus pravoslav kilsəsindən ayrılması ümumxalq tərəfdən qəbul edilməməsi və dini bayramlarda demək olar ki, bütün ukraynalıların Rus, Moskva Pravoslav kilsəsinə tabe olan dini qurumların və kilsənin arxasınca getməsi və yürüşlərin təşkili Poroşenkonun sonun parlaq işarələrindən idi. Eləcədə son anda Ukraynada rus dilinin istifadəsinin qadağan edilməsi Poroşenkonu siyasi tabuta sevirdi. Ukrayna xalqının Poroşenkoya nifrəti onun ilk hakimiyyəti günlərində yarandı. Ukrayna dövlət təhlükəsizlik iclaslarında qərb dövlət nümayəndələrinin iştirakı Ukraynanın vassala çevrildiyinin, Poroşenkonun isə marionetka olmasının sübutu idi. Bütün bunları, başlıcası isə Poroşenko dövründə Krımın itirilməsi, Ukrayna qərbində Donetski və Luqanskinin nəzarətdən çıxması və müstəqillik elan etməsini Ukrayna xalqı Poroşenkoya bağışlaya bilməzdi. Bütün Ukrayna xalqı dərk etmişdi ki, qərbin Ukraynaya diqqəti onlara qarşı sevgi yox qərb dövlətlərin Rusiyanı halqaya salmaq istəyi idi. Təbii ki, Rusiya buna reaksiya verərək heç kəsin gözləmədiyi siyasi və hərbi gedişlər edərək həm Ukraynanı əsasən də Qərb dövlətlərini mat vəziyyətinə qoydu. Qeyd edilənlərə görə də Poroşenko özünə xalq
nifrəti yaratmaqla Prezident seçkilərində ikinci müddətə seçilməməsinin əsasını qoydu. Əslində xalq Zelenskiyə səs verməklə Poroşenkoya qarşı narazılığını ifadə etdi. Poroşenkonun isə Zelenskinin qələbəsini sakitcə qəbul etməsi onun xalqın narazılığını görməsindən irəli gəldi.
V. Zelenskiy hakimiyyətinin ilk satında Ukrayna Milli Məclisini (Verxovnya Radanı) buraxması, onun idarə olunmaz xasiyyətinin , kəskin iradəsinin əlaməti və hakimiyyəti tam əlinə alması istəyinin sübutudur. İlk işçi səfərinin ölkə daxilində məhz döyüş bölgələrinə ön xəttə səfər etməsi, onun ilk növbədə özünün şəxsən hərbi vəziyyətlə yerindəcə tanış olması və hərbi rəhbərliyə inamsızlığı əlamətləri kimidə qiymətləndirilə bilər. V. Zelenskiy hakimiyyətinin ilk günlərindən siyasi təcrübəsi olmamasına baxmayaraq çıxışlarında və bəyanatlarında diqqəti çəkən siyasi səhvlərə yol verməməyi onun hakimiyyət ehfariyasından uzaqlığının, soyuqqanlı və realist olmasının sübutlarındandı. Keçmiş Prezident komandasından bir neçə güc fiqurlarının P. Poroşenkoya xəyanəti fonunda hazırkı prezident V. Zelenskiy tərəfindən qəbul edilməsi üsyankar fiqurların perspektivdə zərərsizləşdirilməsi deməkdir. Xarici siyasətə gəldikcə isə dünya və qərb dövlətlərinin Rusiya siyasəti V. Zelenskinin böyük siyasi manevr etmək imkanı verib və Zelenskinin yəhudi lobbiləri tərəfindən dəstəklənəcək və onun də onun Prezident postunda uğurlarını artıracaq.
V. Putinin prezidentliyinin ilk dövründə qərb dövlətləri nümayəndələrinin tez-tez verdiyi “mister Putin kimdi?” sualı idi. Bəzi qərb dövlətləri isə “Zelenskiy kimdir?” sualını özləri özlərinə verirlər. Hesab edirəm ki, belə bir qısa müddətə Zelenskinin Prezident postunda uğurlarından danışmaq tez olar ancaq ki, böyük inamla demək olar ki, Ukrayna xalqı bu prezident seçkisindən udub və böyük ehtimalla V. Zelenskiy Ukraynanın “Putini” olacaq”.
Siam.az
Tarix: 29-05-2019, 13:45