Azərbaycan və Türkiyədən sonra: Ermənistanın digər 2 sərhədi də bağlanır: Paşinyanın diplomatla narahat danışığı


Azərbaycan və Türkiyədən sonra: Ermənistanın digər 2 sərhədi  də bağlanır: Paşinyanın diplomatla narahat danışığı

Regiondakı geosiyasi vəziyyətə görə Ermənistanın İran və Gürcüstanla sərhədi hər an bağlana bilər.

Cebhe.info xəbər verir ki, bunu baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan  parlamentin islasında deyib.

Onun sözlərinə görə, bir təcrübəli diplomatla görüşündə bu məsələni müzakirə edib. Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olduğunu deyən Paşinyan eyni vəziyyətin İran və Gürcüstanla da yaşana biləcəyinə diqqəti çəkib.

İranla sərhədlərin bağlanmasına ABŞ-la olan vəziyyət səbəb olacaq. Gürcüstanla sərhədin bağlanmasına isə geosiyasi durumla yanaşı pis hava da şərait yarada bilər. “Belə çıxır ki, Ermənistan dənizsiz ada olacaq, biz necə olacağıq?",-deyə Paşinyan həmsöhbətinə deyib.


Tarix: 1-11-2018, 17:06
Xəbəri paylaş





Xəbər lenti