Qarabağda toqquşmalar güclənəcək və… – “Kommersant” Paşinyanın HİYLƏGƏR PLANINI AÇDI

Qarabağda toqquşmalar güclənəcək və… – “Kommersant” Paşinyanın HİYLƏGƏR PLANINI AÇDI

Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən yazıb.

Publika.az xəbər verir ki, nəşr münaqişənin nizama salınmasında irəliləyişin olmamasına baxmayaraq, regiona gələn vasitəçilərin prosesi ölü nöqtədən tərpətmək cəhdləri etmədiyini qeyd edir.

“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Cənubi Qafqaza işçi səfər edirlər. Onlar artıq İrəvanda oldu, ardınca Xankəndinə (Azərbaycanın işğal olunmuş əraziləri – red.) getdilər. Növbəti ünvan Bakıdır. Həmsədr ölkələr – Rusiya, Fransa və ABŞ bu ilin mayında Ermənistanda hakimiyyət dəyişməsindən sonra Qarabağ danışıqlarının aktivləşdirilməsi çağırışını etdilər. Həmsədrlərin regiona səfəri İrəvanın qondarma Dağlıq Qarabağ Respublikasının danışıqlarda iştirakı haqqında inadlı çağırışları fonunda baş verir. Bakıda bu təklifi qəbuledilməz hesab edirlər. Qarabağ danışıqlarında irəliləyişin olmamasına baxmayaraq, regiona səfər edən beynəlxalq vasitəçilər prosesi ölü nöqtədən tərpətmək üçün heç bir cəhd göstərmir.

Oxşar xəbər: ABŞ-ın “Qarabağı qaytarın” çağırışına Ermənistandan SENSASİYALI CAVAB

Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfərindən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvaya gəldi. Moskvadan dərhal sonra isə Cənubi Qafqaz turnesinə çıxdı. Bolton İrəvanda gözlənilməz fərziyə irəli sürdü: Nikol Paşinyanın hökumət başçısı olmasından sonra Bakı ilə danışıqlarda qətiyyətli addımlar atılacaq. Daha əvvəl oxşar açıqlamanı diplomatik missiyasını başa vuran ABŞ-ın İrəvandakı səfiri Riçard Mills vermişdi. Paşinyan Boltonun fərziyyəsini dəstəkləmədi və qeyd etdi ki, “Con Bolton öz adından danışır. Nə Bolton, nə də başqa birisi mənim adımdan danışa bilməz”. Əlavə etdi ki, “Ermənistan və “Arsax (Qarabağ) xalqı” üçün münasib olmayan heç bir qərar qəbul edilə bilər”. Paşinyan Qarabağla bağlı “böyük Ermənistan” xülyasının əyalətini xatırladan addan istifadə etməklə nümayiş etdirdi ki, münaqişə ilə bağlı sələflərindən daha sərt mövqeyə malikdir”, – deyə nəşr yazır.

“Kommersant” iddia edir ki, Ermənistan rəhbərliyinin sərt bəyanatı və Vaşinqtonla İrəvan arasında anlaşılmazlığı nəzərə alan Minsk qrupunun həmsədrləri Boltondan sonra erməni paytaxtına gəlməklə heç olmasa münaqişənin nizama salınmasında irəliləyiş görüntüsü yaratmaq üçün “yanğınsöndürən” rolunu oynamağa məcbur oldu.  

Tarix: 1-11-2018, 14:47
Xəbəri paylaş





Xəbər lenti