
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
“Əgər Rusiya veto hüququndan istifadə edəcəksə, bu yalnız Ukrayna üçün deyil, bütün dünya cəmiyyəti üçün çağırış olacaq”, - o qeyd edib.
Daha əvvəl Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib ki, Ukrayna ABŞ, Fransa və Almaniya ilə birgə Donbasda BMT-nin sülh missiyasının tətbiqi haqqında qətnaməni hazırlayıb.