BMT-nin Beynəlxalq Məhkəməsində İranın ABŞ-la bağlı iddiası Vaşinqtonun suveren hüququna qarışmaq cəhdidir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir.
O qeyd edib ki, ABŞ İranın əsassız iddiasına qarşı məhkəmədə qətiyyətlə müdafiə olunmaq niyyətindədir.
Qeyd edək ki, BMT-nin Beynəlxalq Məhkəməsi İranın iddiası ilə bağlı bu gün müzakirələrə başlayıb. İran hakimiyyəti birtərəfli sanksiyaların tətbiqi ilə əlaqədar Vaşinqtondan şikayət edib. İran ABŞ-ı dostluq müqaviləsi, iqtisadi əlaqələr və konsul hüquqlarının pozulmasında ittiham edir.
“Prezident Donald Tramp ABŞ-ı İranla nüvə sazişi üzrə Birgə hərtərəfli iş Planından çıxardı. Bunun sadə bir səbəbi var: o Amerika xalqını İran rəhbərliyi tərəfindən yaradılmış təhlükəsizlik risklərindən müdafiəsinə zəmanət verə bilmədi”, - dövlət katibi vurğulayıb.
Pompeo əlavə edib ki, ABŞ İran xalqını dəstəkləyir və regionda İran rejiminin stabilliyi pozan fəaliyyətinə qarşı müttəfiqlərlə işləməyə davam edəcək.