İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

Bir neçə gün əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev vətəndaşlarla növbəti qəbulunu keçirib.
 
Azsiamaz.com Manset.az-a istinadən xəbər verir ki, 7-ci mikrorayonda baş tutan görüş kuryoz hadisə ilə yadda qalıb.

Belə ki, iddiaya əsasən, icra başçısı ilə görüşə vətəndaşların əvəzinə Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları gətirilib. Hətta iki nəfər süpürgəçi də qəsəbə sakini kimi təqdim olunublar.
 
Məlumata görə, sonradan sosial şəbəkələrdə 7-ci mikrorayon sakinləri buna etiraz edərək görüşün onlardan xəbərsiz keçirildiyini, onların əvəzinə isə "JEK" əməkdaşlarının iştirak etdiyini sərt tənqid ediblər. Onlar çıxış edən həmin süpürgəçilərin də adıçəkilən ərazidə yaşamadığını iddia ediblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bu barədə məlumatı təkzib etməyib:

"Mən sizdən xahiş edirəm ki, bizim İctimai-siyasi və humanitar məsələlər sektoru ilə əlaqə saxlayın. Onlar buna cavab verə bilməsələr, məndən soruşacaqlar. Mən də hansı məlumat lazım olsa, bildirəcəyəm".












 Azsiamaz.com
Tarix: Bu gün, 18:24
Xəbəri paylaş





Xəbər lenti