Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?

bitmap-img6

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp son telefon danışığı zamanı Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin üçtərəfli görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

Dmitri Peskov danışıqların təfərrüatlarına toxunaraq bildirib: "Yaxın perspektivdə belə bir görüşün baş tuta biləcəyi barədə danışılıb. Bu, Putinin və Trampın son telefon danışığı zamanı baş verib. Sizə bundan artıq konkret məlumat təqdim edə bilməyəcəyəm".

Kreml nümayəndəsi brifinq zamanı digər mühüm məsələlərə də münasibət bildirib. Peskov qeyd edib ki, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev amerikalı danışıqçılarla təmasları davam etdirir və əsas diqqətini Rusiya ilə ABŞ arasında iqtisadi sahədə potensial əməkdaşlığa yönəldib.

Mətbuat katibi əlavə edib ki, Moskva və Vaşinqtonun qarşılıqlı əlaqəsi hər iki tərəf üçün faydalı ola bilər, lakin hazırda belə bir əməkdaşlıq praktiki olaraq mövcud deyil. Eyni zamanda Peskov Birləşmiş Ştatların Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı bəyan etdiyi "cəhənnəm sanksiyaları"nı ümumiyyətlə tətbiq edib-etməyəcəyinin hələlik məlum olmadığını vurğulayıb.
Tarix: Dünən, 23:08
Xəbəri paylaş





Xəbər lenti