"Yaşayan Nostradamus" növbəti hadisələrin proqnozunu verdi


Özünü "Yaşayan Nostradamus" adlandıran braziliyalı Atos Salome, Daily Mail qəzetinin verdiyi məlumata görə, Arktikanın beynəlxalq gərginliyin növbəti əsas alovlanma nöqtəsi ola biləcəyini iddia edir.
"Unikal" xəbər verir ki, 39 yaşlı Salome əvvəllər COVID-19 pandemiyasını, Kraliça II Yelizavetanın ölümünü və bir sıra digər dünya hadisələrini proqnozlaşdırdığını iddia etmişdi.
İndi isə o, 2026-cı il üçün daha iki proqnozunun gerçəkləşdiyini iddia edir: İranla İsrail arasındakı münaqişə və İspaniyanın Dünya Kubokundakı qələbəsi. İlkin proqnozunda o, bir neçə mümkün qalibin adını çəkib.
Salomenin sözlərinə görə, Arktika buzlarının əriməsi, yeni gəmiçilik yollarının açılması və təbii sərvətlərə çıxış səbəbindən təhlükə artır.
O, hesab edir ki, Rusiya və NATO-nun bölgədə artan hərbi iştirakı birbaşa münaqişə ehtimalını artırır.
Salome, həmçinin, Tayvan ətrafında davam edən gərginliyi, vacib infrastruktura artan kiberhücumları, yeni yoluxucu xəstəliklərin yayılmasını və iqlim dəyişikliyinin təsirlərinin güclənəcəyini proqnozlaşdırır.
Müəllif özü də proqnozlarının simvolların özünün şərhinə, tarixi dövrlərə və Kabbala tədqiqatına əsaslandığını və gələcəyin dəqiq proqnozları olmadığını vurğulayır.
Tarix: Dünən, 23:22
Xəbəri paylaş





Xəbər lenti