

Fb-NİN GÜNDƏMİNDƏN
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 74 yaşlı sədri Əhməd Əhmədzadə 1967-ci ildən bəri bütün respublika rəhbərləri dövründə yüksək vəzifələrdə çalışıb. Abşeronon rayon XDS İcra Komitəsinin sədri, Füzuli rayon, Şamxor rayon, Şəki şəhər partiya komitələrinin birinci katibi, Quba rayonunun icra Başçısı, Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Meliorasiya və Su Təsərrüfati
Komitəsinin sədri və s. kimi iri vəzifələr daşıyıb. 1993-cü ildən bu günə kimi isə respublikanın meliorasiya və su təsərrüfatı bu cənabın tam nəzarətindədir. Amma heç bir iş görmür.
Xaçmaz, Quba zonasına getmişdim. Susuzluqdan, xəstəlikdən hektarlarla məhsul sahələri məhv olub, digər bölgələrdə də eyni aqibətdir.
Kənddəki balaca uşaqlara da bəllidir ki, yayda suyun bol olması üçün ölkənin müxtəlif bölgələrində su anbarları tikilməlidir. Naxçıvanda xeyli su anbarları yaradılıb. Bu nümunə ölkənin digər bölgələrinə tətbiq olunmalıdır.