
Donetsk vilayətinin Kramatorsk dəmir yolu vağzalına edilən hücum nəticəsində ölənlərin sayı artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, 4-ü uşaq olmaqla 39 nəfər həlak olub.
***13:50

Rusiya Silahlı Birləşmələri Donetsk vilayətinin Kramatorsk dəmir yolu stansiyasına iki raket mərmisi atıb.
Yeniavaz.com “UNİAN”a istinadən xəbər verir ki, bu barədə “Ukrzaliznitsa” ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışin məlumat verib.
Hadisə nəticəsində 30 nəfərin öldüyü məlumdur, 100-dən çox insan yaralanıb.
Ukrayna prezidenti Volodimir Zelenski vağzalın “Toçka-U” raketi vasitəsilə vurulduğunu bildirib.