
Demokrat.az-ın əldə etdiyi məlumata görə, fevralın 24-də axşam saatlarında bir qrup silahlı naməlum şəxs Luqansk vilayətinin Lisiçansk şəhəri Azərbaycan Cəmiyyətinin üzvü Təbriz Rəsulovun evini atəşə tutub.
Silahlı basqın zamanı azərbaycanlı sahibkar və ailəsi evində olmayıb.
Ehtimal olunur ki, Təbriz Rəsulova edilən silahlı hücum onun biznes fəaliyyətilə bağlıdır.
Qeyd edək ki, son bir neçə ildə Ukraynada azərbaycanlılara qarşı bu cür müxtəlif tipli cinayət hadisələri baş verir.