Ana ilə qızını A.Cəfərovanın nişanlısı olduğu ehtimal edilən şəxs güllələyibBakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində güllələnmə baş verib.
Siam.az APA-ya istinadla xəbər verir ki, insident zamanı ana ilə qızı tüfənglə güllələnib.
Sadıxcan küçəsi 13 ünvanında qeydə alınmış hadisə nəticəsində paytaxt sakini, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.