Bakının mərkəzində 2 ağac kəsilib. Siam.az “Qafqazinfo”ya istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumata görə, quruma Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.