RİH təzə binanı uçurdu: “Daş qopub maşına düşsə, əncirə dönəcək” – Reportaj
“Burdan bir daş qopub gəlib yolun ortasına düşsə, maşın xırt-xəşil olub əncirə dönəcək”.
AzEuroNews.com-a danışan sürücü Sabir Kazımzadə belə deyir. O, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsinin axırındakı binanın səhlənkar sökülməsindən şikayətlənir.
Metronun “Koroğlu” stansiyasına çıxan körpünün həndəvərində yerləşən bu bina müəmmalı şəkildə yerlə-yeksan olundu. Bir neçə ay idi ki, traktoru binanın üstünə qaldırıb şumlayırdılar.
Təzə tikili olan bina nə qəzalı idi, nə də tam təhvil verilmişdi. Ancaq gözlənilmədən tikinti uçuruldu.
Yolun qırağında yerləşən binanı sökərkən təhlükəsizlik qaydalarına heç bir əməl olunmayıb.
Sürücü Vidadi Əliyev də deyir ki, söküntü gedən ərazinin qarşısı hasarlanmalıydı: “Daş-torpaq yolun kənarına tökülüb. Bu, binanı sökənlərin məsuliyyətsizliyidir. Ordan bir daş gəlib maşının üstünə düşəndə, kim təmir etdirəcək, zərərini kim ödəyəcək?”
Sabunçunun icra başçısı Adil Vəliyev / Foto © Məhəmməd Türkmən Təxminən 9 mərtəbəsi inşa edildikdən sonra tikintisi dayandırılan binanı cəmi bir traktor sökür. Tikilini magistral yoldan 2-3 metr eni olan səki ayırır.
Söküntü zamanı binanı ən üst qatından tökülən irili-xırdalı tikinti daşları səkiyə sökülür, hətta yolun yarısına qədər də gəlib çıxır.
Sözügedən tikilinin yanından keçərkən bütün avtomobillər ya sürəti artırır, ya da qarşıdan gələn avtomobillərin yoluna girərək dairəvi yola yaxın yerdən getməli olur.
Binanın artıq əksər mərtəbələri sökülsə də, dağıntılar yol boyu səpələnib, hətta bütün səkini də tutub.
Binanın yaxınlığından keçərkən öz üstünüzə və avtomobilinizin üzərinə tikinti daşının düşmə ehtimalı da var. Tikintinin hansı şirkət tərəfindən aparıldığı məlum deyil.
Heç tikilinin kənarlarında da işlərin hansı şirkət tərəfindən aparıldığı, narahatlığı kimin yaratdığı qeyd olunan qoruyucu lövhələr vurulmayıb.
Məlumata görə, söküntü əmri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilib. Amma səbəbi bilinmir. Çünki bina ərazidə qanunsuz olaraq yaşıllığı və ya səkini zəbt etməmişdi.
Tarix: 16-05-2018, 22:16
-
Bu gün, 13:22
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib - FOTOLAR
-
Bu gün, 10:30
Prezident park salınmasını tapşırdı, Şərurlu İsfəndiyar isə yerində bina tikir - Yasamalda özbaşınalıq
-
Bu gün, 09:48
Müharibə onlara milyardlar qazandırıb
-
Dünən, 22:23
"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO
-
Dünən, 22:13
“Avropa Beynəlxalq Hospital”ın ölən pasienti ilə bağlı məhkəmə qərarı: - Ailəyə təzminat ödəyəcək
-
Dünən, 16:22
Kamaləddin Qafarov kimdir? – Deputatın siyasi karyerası, biznes çevrəsi və haqqında yayılan iddialar…
-
Dünən, 16:20
"N1” çörəyindən görün nə çıxdı – Foto
-
Dünən, 16:14
"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
-
Dünən, 16:12
“Bankomat 700 avromu “uddu”, günlərdir geri ala bilmirəm”- Kapital Bankdan şikayət
-
Dünən, 16:08
Bu il “Avrora”ya aid “Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub
-
Dünən, 16:01
“Socare” adlı şirkət yaradılıb: rəhbərliyində SOCAR rəsmiləri var – DETALLAR
-
28-10-2026, 17:28
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
28-10-2026, 17:13
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
28-10-2026, 10:24
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
28-10-2026, 08:10
“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 21:02
Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti - "Uşaqlar yeriməyə qorxur"
-
27-10-2026, 20:55
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
27-10-2026, 17:58
Tramp və Netanyahuya pis xəbər: İki ölkədə ağır məğlubiyyət yaşandı
-
27-10-2026, 16:32
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
27-10-2026, 11:25
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
27-10-2026, 09:49
Şirkətin tərəzisində çəki saxtakarlığı: nəzarətçi 53,8 min manatlıq dələduzluq etdi
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 11:52
Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!
-
26-10-2026, 10:20
GDU-da yoxlamalar gedir
-
26-10-2026, 10:13
Xataidə cinayətkar birlik həbs edildi - 11 nəfər
-
25-10-2026, 21:01
Azərbaycanda pensiya yaşını keçən icra başçıları – SİYAHI
-
25-10-2026, 20:59
Üzümçü deputat Kəmaləddin Qafarovun onkoloji dərman biznesi...-VİDEO
-
25-10-2026, 20:58
İsrail 60 ildən sonra ən böyük əməliyyata başladı
-
25-10-2026, 20:55
Arpa çayı aşdı-daşdı, “Axuryan” yox və ya 11 əsr əvvəl burada erməni var idimi, körpüsü də olsun?.. - AKTUAL