Ramazan bayramını virussuz qeyd edəcəyik: “Gündəmimizdən çıxacaq”- MƏŞHUR HƏKİM


Ramazan bayramını virussuz qeyd edəcəyik: “Gündəmimizdən çıxacaq”- MƏŞHUR HƏKİM

Türkiyədə koronavirusa yoluxan və evində karantində saxlanılan tanınmış türkiyəli həkim Əhməd Faruk yoluxma halları ilə bağlı fikirlərini açıqlayıb.

Cebhe.info xəbər verir ki, həkim hər kəsin evində termometr saxlamağa çağırıb.

Bildirib ki, özündə narahatıq hiss edən şəxs dərhal hərarətini ölçməlidir: "Ölkəmizdə bir həftə boyunca ciddi rəqəmlər ola bilər. 25 apreldə pik səviyyəyə çatacağını düşünmək məntiqli olardı. Bizə bu virus müəyyən bir zamanda daha əvvəl gəlib. Türkiyədə ölüm sayı yoluxma sayına görə çox azdır. Bu, məni rahatlayır. 70 faiz xəstəliyi asan keçirir. 5-10 faiz isə özündə heç bir əlamət hiss etmir. Ancaq 20 faizə yaxında xəstəlik özünü ciddi şəkildə biruzə verir. Virusun Ramazan bayramına qədər gündəmimizdən çıxacağını düşünürəm".

Tarix: 12-04-2020, 21:37
Xəbəri paylaş





Xəbər lenti