“Dünya əvvəlki məcrasına qayıdır” - Politoloq


“Dünya əvvəlki məcrasına qayıdır” - Politoloq

Koronavirus pandemiyasının dünya yayılması geosiyasi münasibətləri, münaqişələri müəyyən qədər arxa plana keçirdi.

Hazırda münaqişə bölgələri ilə bağlı ciddi məlumatlar yayılmır və sanki dünyadakı qarşıdurmalar səngiyib.

Maraqlıdır, proses necə davam edəcək? Koronavirus pandemiyasının səngiməsi ilə münaqişələr yenidən aktiv məcraya keçəcəkmi?

Politoloq Əhəd Məmmədli Cebhe.info-ya açıqlamasında münaqişələrin əslində davam etdiyini deyib:

“Görünən odur ki, guya pandemiyanın dünyada yayılması münaqişələri dondurub. Hamı pandemiyadan danışır. Buna rəğmən Suriyada, Liviya, İraqda və digər münaqişə bölqələrində hərbi qarşıdurmalar davam edir.

Liviyada Sərracla Həftər arasında ciddi hərbi qarşıdurma qedir. Suriyada Türkiyə terrorçulara qarşı hərbi əməliyyatlar aparır. Tramp yenə İrana ittihamlar yağdırıb. Yəni dünya əvvəlki məcrasına qayıdır. Pandemiyadan istifadə edib Azərbaycan Qarabağda antiterror əməliyyatı apara bilərdi, amma təəssüf ki, bu şansdanda yararlanmadıq”.

Tarix: 5-04-2020, 19:35
Xəbəri paylaş





Xəbər lenti