Son 24 saatda dünya üzrə koronavirusdan 5 min 546 nəfər dünyasını dəyişib.Ovqat.com Ümumdünya Səhiyyət Təşkilatına istinadən xəbər verir ki, bugünkü ölümlərlə koronavirus qurbanlarının sayı
58 min 713-ə yüksəlib.
Gün ərzində koronavirusa yoluxanların sayında da ciddi artım olub –
77 min 756 nəfər. Bununla da indiyədək bu virusa yoluxanların sayı
1 milyon 92 min 821 nəfərə çatıb.
Xəstələrin
39 min 402-nin vəziyyəti ağır və ya kritikdir.
Son 24 saatda
ən çox ölüm hadisəsi
Fransada yaşanıb –
1120 nəfər. Ötən gün də bu ölkədə
1300-dən çox həyatını itirmişdi. Son iki sutkada Fransada mindən artıq insanın həyatını itirməsi ölkədə koronavirus fəlakətinin
pik həddini yaşadığını göstərir. Mütəxəssislərə görə,
bu pik ölüm hadisələri bir neçə gün də davam edib tədricən azalmalar başlaya bilər. Fransada
6 min 662 xəstənin vəziyyətinin
ağır olduğu bildirilir. Bu gün ölkədə qeydə alınan xəstə sayı
5 min 233 nəfər olub. Fransada son ölümlərlə ümumilikdə
6 min 507 nəfər koronavirusdan həyatını itirib. Xəstəliyə yaxalananların ümumi sayı isə
64 min 338 nəfərdir.
Koronavirusa gün ərzində
ikinci ən çox qurban verən isə ABŞ-dır. ABŞ-da bu gün
921 nəfərin koronavirusa məğlub olduğu bildirilir. Dünyada ən çox yoluxma halı da ABŞ-dadır –
272 min 760. Onun hardasa
10 faizi -
27 min 883-ü bu gün təsbit edilib. Xəstələrdən
5 min 787-nin vəziyyəti ağır və kritikdir. Bu günə qədər ölənlərin sayı isə
6.991 olub.
“Əsrin vəbasına” ən çox qurban verən ölkə hələ də
İtaliyadır. Bu günə qədər
14 min 681 insanın koronavirusdan həyatını itirdiyi İtaliyada son 24 saatda da xeyli ölüm hadisəsi baş verib –
766. Ümumilikdə koronavirusa
119 min 827 nəfərin yoluxduğu İtalyada xəstələrin
4 min 68-nin vəziyyəti ağır və kritik olaraq qiymətləndirilir. Bu gün İtaliyada 4 min 585 yeni koronavirus daşıyıcısı təsbit olunub.
İspaniya da koronavirus itkilərində tədricən
İtaliyaya yaxınlaşdığı görünür. İndiyədək
11 min 198 insanını koronavirusa qurban verən İspaniyada bu gün
850 yeni ölüm hadisəsi baş verib. Xəstəliyə yeni yoluxanların sirasında isə İspaniya bu gün ABŞ-dan sonra ikinci yeri tutub –
7 min 134. Ölkədə
6 min 416 xəstənin vəziyyəti ağırdır.