SOCAR prezidentinin Koronavirusla Mübarizəyə Dəstək Fondunda adı yoxdur- SƏBƏB?

SOCAR prezidentinin Koronavirusla Mübarizəyə Dəstək Fondunda adı yoxdur- SƏBƏB?


Son günlər dünyanı lərzəyə gətirən koronavirus bəlası bütün ölkəni cəngəyə alıb. İtaliya, Çin, İspaniya və digər ölkələrdə dəhşətli ölümlə nəticələnən koronaviruslə bağlı bir çox ölkələrdə qabağlıyıcı tədbirlər görüldü.

Bu məqsədlə ölkəmizdə də görülən işlər və karantin şəraiti olduqca yüksək qiymətləndirilir. Prezident İlham Əliyev İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə nazirləri və Mərkəzi Bank sədrinin rəhbərliyi ilə, müvafiq olaraq, dörd işçi qrup yaradılması barədə də sərəncam verib. Ölkə başçısının Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayırdığı yüksək vəsaitdən sonra bəzi şirkət rəhbərləridə maliyyə dəstəyi göstərir, dövlətimizin hər an yanında olduğunu sübüt etdilər. Əfsüslər olsun ki, bəzi oliqarx məmurlar, nazirlər ölkəmizin belə bir vəziyyətdə olduğuna nəinki narahat olur, ümumiyyətlə cəmiyyətimizə normal münasibətin olmadığını gördük.

Elə götürək SOCAR prezidenti Rövnəq Abdullayevi. Bu şəxs Dövlət Neft Şirkətinin prezidenti olmaqla, eyni zaman da AFFA prezidentidir. Yəni, imkanı baxımından heç də milyarderlərdən seçilməyən R. Abdullayev koronavirusla mübarizədə ön cəbhədə olmalı, dəstək fonduna şəxsi hesabından maliyyə yardımı ayırmali idi. İmic baxımından bütün imkanlarını itirən SOCAR prezidentini narahat edən heç bir məqam yoxdur.

Bü günlərdə Türkiyədə həbs edilən Palmali şirkətinin prezidenti Mübariz Mənsimov haqqında dezinformasiya yaymaqda canfəşanlıq edən bəzi “vətənpərvərlər”, elə məhz Rövnəq Abdullayevin sifarişi əsasında qara yaxmaqdan çəkinmir. Əslində reallıq ondan ibarətdir ki, milyonların sevimlisinə çevrilən Mübariz Mənsimov, hər zaman elinə-obasına, bir sözlə AZƏRBAYCANLI soydaşlarımıza dəstək olub, onlara maliyyə yardımı göstərib. Tam əminliklə deyə bilərik ki, əgər vətənin qeyrətli oğlu Mübariz Mənsimov azadlıqda olsaydı, əlbətdə ki, Rövnəq Abdullayevdən fərqli ölkəmizə maliyyə yardımı göstərəcəkdi.

Belə bir ağır gündə ölkəmizə dəstək olan bütün sahibkarlara dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, ölkədə və ölkə xaricində fəaliyyət göstərən sahibkarlar dövlətimizin yanında olacaq, AZƏRBAYCANIMIZIN qorunmasında fədakarlıq nümayiş etdirəcəklər. 

Dosye.org

ELMAN NİGARAN

Tarix: 22-03-2020, 21:43
Xəbəri paylaş





Xəbər lenti