

Fb-NİN GÜNDƏMİNDƏN
– Cəmiyyətin içərisində getməsə də, siyasi aralıqda SEÇKİ söhbəti gedir.
Biz hamımız bir dövlətdə yaşayırıq və uzun illərdən bəri formalaşmış bir anormal rejimin məngənəsindəyik. Bu rejimin, hakimiyyət idarəetməsində olan bu anti-xalq təfəkkürün, 1920-ci ilin 28 aprelindən hesablasaq, gələn il 100 illik yubileydir və bunlar, Azərbaycanda gedən milli-ideoloji savaşın qarşı tərəfidir.
Keçirilməsə də, 2020-ci ildə seçkilər var və s.
Xalqın siyasi və ideoloji maariflənmə səviyyəsi, cəmiyyətsizlik, rejimin nadanlığı deyir ki, ölkə siyasətində xalqı siyasi maarifləndirmək, ideoloji təşkilatlandırmaq baxımından, yeganə fürsət seçkilərdir. Ölkəmizdə, seçiciləri maarifləndirib səsverməyə gəlmə mədəniyyətini öyrətmək, vətəndaş məsuliyyətinin dinamik reaksiyasına nail olmaq, cəmiyyəti etinasızlıqdan qurtarmaq, laqeydlik xəstəliyini aradan qaldırmaq kimi, böyük bir problem var. Seçkiyə getməyə də, boykot etməyə də, xalqın ortaq duyğusu, ortaq düşüncəsi, ortaq istəyinin təsir gücü lazımdı. Ölkədə, bu anormal vəziyyəti formalaşdıran sistemə qarşı, özünü milli düşərgədə hesab edənlərin parakəndə və yetərincə gücə malik olmadan apardığı sitemsiz mübarizə var. Nə isə… Bu mənzərə də hamıya aydındır.
Həm seçkiyə gedənlərin, həm də boykot tərəfdarı olanların atacaqları bütün addımlar, bir-birinin əleyhinə yox, xalqın təşkilatlanmasının, maariflənməsinin lehinə olmalıdır.
təpki göstərib, rejimin qurduğu anti-azərbaycan oyunlar pozsunlar, yeni demokratik seçkilər keçirməyə nail olsunlar.