
“Dəm qazından insanlar dünyasını dəyişir. Bunun günahı 50 faiz insanlarda olsa da, 50 faizi də “Azəriqaz” İstehsalat Birliyindədir”.
Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elmira Axundova deyib. E.Axoundova bildirib ki, bu məsələnin tənzimlənməsinə ehtiyac var:
“Mən ömrüm boyu köhnə binalarda yaşamışam. Ona görə də bu gün də “mavi yanacağ”ın həmin ərazilərə necə verildiyini bilirəm. Gecənin bir vaxtında qazı kəsirlər, günorta birdən- birə də kəsirlər. Qazın kəsilməsi ilə bağlı isə “Azəriqaz” heç bir məlumat vermir. Bu da sonda faciə ilə nəticələnir”.
Xanım deputat bununla bağlı “Azəriqaz” və SOCAR-a müraciət edərək dəm qazı ilə bağlı xəbərdarlıq cihazlarının yerləşdirilməsinin vacib olduğunu deyib.
Vilayət Muxtar
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – Vətəndaşın haqqını, hüququnu rüşvət torağına çevirənlər, dövlətin məhkəmə qərarını idarə ambisiyalarından aşağı tutanlar bu gün İmişli təhsilini rəsmən bataqlığa
Masallı qaz idarəsindən şikayət var Vətəndaşın şikayəti